Willkommen auf den Seiten des Auswärtigen Amts
Üçüncü ölkə vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərinin olduğu müddətdə viza müraciətlərinin qəbul edilməsi və işlənməsinə dair məlumat
Tam peyvənd olunmuş şəxslər üçün Almaniyaya giriş
Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilmiş peyvəndlərlə (və ya üçüncü ölkələrdə istifadə edilən bu peyvəndlərin ekvivalentləri) SARS-CoV-2 koronavirusuna qarşı tam peyvənd edilmiş şəxslər [xarici ölkədən] Almaniyaya daxil ola bilərlər. Belə şəxslər Almaniyaya səfər və turizm məqsədilə də daxil ola bilərlər. Buna müvafiq olaraq tam peyvənd olunmuş şəxslər Almaniyaya giriş üçün tələb olunan vizanı almaq məqsədilə [xarici nümayəndəliyə] müraciət edə bilərlər.
Bununla belə, „virus variantı zonaları“ kimi təsnif edilən ölkələrdən səfərlər istisna edilir. Bunlardan Almaniyaya nəqliyyat qadağası hələ də var.
Yalnız Paul Ehrlich İnstitutunun (PEI) internet saytında sadalanan vaksin növləri peyvənd olunmuş şəxslər ölkəyə daxil ola bilər (ətraflı məlumat üçün aşağıya baxın). Hazırda bu, yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilmiş peyvəndlərə və ya bu peyvəndlərin üçüncü ölkələrdə istifadə edilən ekvivalentlərinə aiddir. Müqayisə edilə bilən qorunma standartına malik digər peyvəndlərin də siyahya əlavə edilməsi zəruri araşdırmalar tamamlandıqdan sonra planlaşdırılır.
Peyvənd sertifikatı
İstənilən halda, giriş üçün aşağıdakı 1., 2. və 3. bəndlərində sadalanan tələblərə tam cavab verən peyvənd sertifikatı tələb olunur:
1. Bu, rəqəmsal Avropa İttifaqının COVID sertifikatı və ya alman, ingilis, fransız, italyan və ya ispan dillərində rəqəmsal və ya kağız formada peyvəndin müqayisə edilə bilən sübutu olmalıdır. Fotoşəkli şəkilmiş sertifikat rəqəmsal sübut hesab edilmir. Rəqəmsal formada olan sertifikatlar səlahiyyətli qurum tərəfindən rəqəmsal şəkildə tərtib edilməli və sənədi qəbul edən şəxsə rəqəmsal şəkildə ötürülməlidir.
2. Peyvənd sertifikatında aşağıdakı məlumatlar olmalıdır:
a) peyvənd edilmiş şəxsin şəxsi məlumatları (ən az soyadı, adı və doğum tarixi və ya etibarlı pasportun nömrəsi və ya yoxlama zamanı təqdim edilməli olan fotoşəkili olan digər rəsmi şəxsiyyət vəsiqəsi)
b) peyvənd tarixi, peyvəndlərin sayı,
c) peyvəndin növü,
d) peyvəndin hansı xəstəliyə qarşı edildiyi və
e) Peyvəndin aparılması və ya sertifikatın verilməsi üçün məsul şəxs və ya səlahiyyətli qurumu bildirən işarələr, məsələn, qurumun rəsmi simvolu və ya məsul şəxsin adı.
3. Peyvəndin özü də müəyyən tələblərə cavab verməlidir. Bu - məcburi - tələblər Paul Ehrlich İnstitutu tərəfindən www.pei.de/impfstoffe/covid-19 saytında dərc olunur və bunlara aiddir:
a) istifadə olunan peyvəndlərin növləri,
b) tam vaksinasiya üçün tələb olunan peyvəndlərin sayı;
c) tam vaksinasiyanı təmin etmək üçün tələb olunan buster (güvvətləndirici) doza;
d) intervalların müddəti,
aa) peyvəndin tam qorunması üçün peyvənddən sonra gözlənilməli və
bb) ən çox ayrı-ayrı peyvəndlər və ya buster dozaların arasında olmlıdır.
Buna görə də, hər planlaşdırılan səfərdən əvvəl, lütfən, peyvənd sertifikatınızın yuxarıda qeyd olunan tələblərə cavab verib-vermədiyini yoxlayın - xüsusən də peyvəndinizin www.pei.de/impfstoffe/covid-19 saytında dərc olunan tələblərə tam cavab verib-vermədiyini yoxlayın.
Hələ on iki yaşına çatmamış və peyvənd olunmamış şəxslər testin (PCR testi və ya antigen testi)nəticəsi ilə ən az tam peyvənd olunmuş bir valideynin müşayiəti ilə ölkəyə səfər edə bilərlər. Altı yaşına çatmamış şəxslər üçün test nəticəsi lazım deyildir.
Əlavə məlumatı aşağıdakı linkdən əldə etmək olar.
Visametric kənar servis şirkəti peyvənd olunmuş şəxslərdən Şengen vizaları üçün müraciətləri qəbul edəcəkdir.
Peyvənd olunmayan və ya natamam peyvənd olunan şəxslərə münasibətdə Covid 19 pandemiyasının qarşısının alınması tədbirləri çərçivəsində Almaniya Federativ Respublikasında mütləq zərurət olmayan səfərlər üçün ölkəyə giriş məhdudiyyətləri tətbiq olunmaqda davam edir.
Peyvənd olunmayan şəxs kimi giriş məhdudiyyətlərindən azad deyilsinizsə və aşağıda göstərilən müstəsna hallardan birinə giriş üçün Şengen vizasına ehtiyacınız varsa, xahiş olunur səfirliyin viza şöbəsinə email (visa@baku.diplo.de ) yazaraq müraciət edin və bu email-ə ölkəyə giriş üçün istisna halını sübut edən sənədləri əlavə edərək göndərin.
Bu səhifədəki istisnalarla bağlı dərc olunan aşağıdakı məlumatların tam məlumat olduğunu iddia edilmir. Ölkəyə giriş qaydaları haqqında ətraflı məlumat Almaniyanın Federal Daxili İşlər, İnşaat və Vətən Nazirliyinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.
Buna əsasən giriş qadağasından birmənalı şəkildə istisna olan hallar aşağıdakılardır:
- Almaniya vətəndaşları və digər Aİ-vətəndaşları habelə Şengen dövlətlərinin vətəndaşları (İslandiya, Lixtensteyn, Norveç, İsveçrə) və ya Böyük Britaniya vətəndaşları;
- Almaniyada daimi yaşayış icazəsi olan üçüncü ölkə vətəndaşları;
- Ailə birləşməsi və ya təcili ailə səbəbindən səfər edən üçüncü ölkə vətəndaşları;
- Tibbi personal, tibbi tədqiqatçılar və xəstəyə qulluq personalı;
- İqtisadi baxımdan fəaliyyətinə ehtiyac duyulan və işləri təxirə salmaq və ya xaricdən həyata keçirmək mümkün olmayan xarici mütəxəssislər və yüksək ixtisaslı işçilər;
- Yükdaşıma habelə digər zəruri nəqliyyat personalı;
- Kənd təsərrüfatında mövsümi əmək faəliyyəti ilə məşğul olan işçilər;
- Dənizçilər;
- Xarici tələbələr, hansılarının ki, ali təhsili xarici ölkədə tam şəkildə həyata keçirilə bilmir;
- Beynəlxalq və ya digər humanitar səbəblərə görə müdafiəyə ehtiyacı olan şəxslər;
- Diplomatlar, beynəlxalq təşkilatların əməkdaşları, hərbi personal, humanitar yardım vəzifələrini icra edən şəxslər;
- Alman migrasiyası ilə bağlı köçən şəxslər;
- Tranzit sərnişinlər.
Milli viza
Hazırda aşağıdakı məqsədlər üçün milli vizaların verilməsi mümkündür:
- Ailə birləşməsi
- Yəhudi Miqrasiyası çərçivəsində səfərlər
- Ali təhsil: Buraya ali məktəbə qəbul olunma barədə təsdiq sənədi (Zulassung) və ya universitetə hazırlıq məktəbinə (Studienkolleg) qəbul olunma haqqında təsdiq sənədi olan şəxslər/tələbələr aiddir. Həmçinin universitetə hazırlıq məqsədilə dil kursları və ya praktikada iştirak üçün də səfərlər mümkündür. Əsas şərt odur ki, qalma müddəti ən az 6 ay olsun.
- Peşə təhsili alanlar: Peşə təhsilinin həyata keçiriləcəyi təhsil ocağı tərəfindən verilən, hazırkı pandemiya vəziyyətindən asılı olmayaraq vətəndaşın şəxsən iştirakının zəruri olduğunu təsdiq edən, sənəd.
- Xarici peşə təhsilinin tanınması məqsədilə peşəartırma tədbirlərində iştirak üçün tədrisin həyata keçiriləcəyi tədris ocağı tərəfindən verilən, hazırkı pandemiya vəziyyətindən asılı olmayaraq vətəndaşın şəxsən iştirakının (yalnız online deyil həmçinin şəxsən iştirak) zəruri olduğunu təsdiq edən, sənəd.
- Praktika və təkmilləşdirmə kursları: Praktika və təkmilləşdirmə kurslarında iştirak məqsədilə səfər etmək üçün bu kursların ən az 6 ay davam etməsi lazımdır. Kursu təklif edən qurum tərəfindən verilən, hazırkı pandemiya vəziyyətindən asılı olmayaraq vətəndaşın şəxsən iştirakının (yalnız online deyil həmçinin şəxsən iştirak) zəruri olduğunu təsdiq edən, sənəd.
- Dil kursları: Ali təhsilə hazırlığa xidmət etməyən ən az 6 ay davam edən dil kurslarında da iştirak məqsədilə səfər etmək mümkündür. Dil kursunun həyata keçiriləcəyi qurum tərəfindən verilən, hazırkı pandemiya vəziyyətindən asılı olmayaraq vətəndaşın şəxsən iştirakının (yalnız online deyil həmçinin şəxsən iştirak) zəruri olduğunu təsdiq edən, sənəd.
- Şagirdlər: Almaniyada əsasən dövlət hesabına olmayan və şagirdləri beynəlxalq attestatlara, digər dövlətlərin atestattlarına və ya dövlət tərəfindən tanınan attetstatlara hazırlayan məktəblərdə ən az 6 ay oxuyan şagirdlərə şamil olunur.
- Könüllülər xidməti və Au-Pair məqsədilə səfərlər ən az 6 ay olmaqla mümkündür.
- Mütəxəssislər: Aşağıdakı kateqoriyalara aid mütəxəssislər işəgötürəndən işçinin əmək fəaliyyətinin iqtisadi baxımdan zəruri olduğunu və işin təxirə salına bilmədiyini və ya xaricdən həyata keçirilə bilmədiyini təsdiqləyən arayış almalıdırlar:
- Əmək müqaviləsi olan mütəxəssislər (Mütəxəssislərin immiqrasiya qanunu çərçivəsində)
- Alim / tədqiqatçılar
- Ezamiyyələr və İCT
- Rəhbər işçilər
- İT mütəxəssisləri
- Xüsusi ictimai maraqlar üçün məşğulluq (Yaşamaq haqqında qanunun § 19-cu maddəsinə əsasən)
- Peşəkar idmançılar, o cümlədədn elektron idman oyunçuları (E-İdmançılar), hansıların ki, alman idman birliklərində və ya oxşar qurumlarda fəaliyyəti nəzərdə tutulmuşdur (Məşğuliyyət haqqında qanunun § 22-ci maddəsinin 4 və 5-ci bəndlərinə əsasən).
- Müstəqil əmək fəaliyyəti ilə məşğul olanlar o cümlədən sərbəst çalışanlar (Yaşamaq haqqında qanunun § 21-ci maddəsinə əsasən).
Yuxarıda göstərilən məqsədlərlə bağlı milli viza müraciətlərini səfirliyin internet səhifəsində qəbul vaxtı təyinetmə sistemi vasitəsilə görüş vaxtı götürərək (istisnasız) edə bilərsiniz.
Xahiş olunur nəzərə alın ki, giriş məhdudiyyətindən istisna olmayan səfər məqsədləri üçün viza müraciətləri hələ də qəbul olunmur və işlənə bilmir. Beləliklə aşağıdakı məqsədlər üçün səfərlər hələ də mümkün deyildir:
- İş axtarmaq (Almaniyada artıq aprobasiya və ya iş icazəsinə malik həkimlər istisna olunur)
- Hospitasiyalar
- Ali təhsil üçün yer axtarışı (istisna: qəbul imtahanının tarixi artıq dəqiq təyin olunubsa)
- Peşə təhsili üçün yer axtarışı
- Qeyri-peşə sahibi olan müqaviləli işçilər
- Xarici tələbələrin tətil iş yerlərində işləməsi (istisna: yalnız tətil zamanı kənd təsərrüfatı sahəsində olan işlər)
Digər kateqoriyalarla bağlı viza müraciətlərinin qəbulu bərpa olunan kimi səfirlik öz internet səhifəsində bu barədə məlumat verəcəkdir.
Şengen vizası
Hazırda Şengen vizasının verilməsi yalnız azsaylı istisna hallarında mümkündür.
Yaxın qohumların qonaq səfərləri:
- Almaniya və digər Aİ-vətəndaşlarının habelə Şengen dövlətlərinin vətəndaşlarının (İslandiya, Lixtensteyn, Norveç, İsveçrə) və ya Böyük Britaniya vətəndaşlarının və ya Almaniyada daimi yaşayış icazəsi olan Üçüncü ölkə vətəndaşlarının Üçüncü ölkə vətəndaşı olan ailə üzvləri yəni ”ailə özəyi ” (buraya aiddir: həyat yoldaşları, azyaşlı uşaqlar və azyaşlı uşaqların valideynləri) indidən etibarən ailə üvlərinə baş çəkmək üçün qısa müddətli ailəyə baş çəkmək üçün səfərlər edə bilərlər; bunun üçün artıq xüsusi ailə səbəbinin olması zəruri deyildir.
- Almaniya və digər Aİ-vətəndaşlarının habelə Şengen dövlətlərinin vətəndaşlarının (İslandiya, Lixtensteyn, Norveç, İsveçrə) və ya Böyük Britaniya vətəndaşlarının və ya Almaniyada daimi yaşayış icazəsi olan Üçüncü ölkə vətəndaşlarının 1-ci və 2-ci dərəcəli qohumlarının, hansılar ki, ailə özəyinə daxil deyildir (buraya aiddir: yetkinlik yaşına çatmış uşaqlar, yetkinlik yaşına çatmış uşaqların valideynləri, bacı-qardaş və baba-nənə), bir qayda olaraq qısamüddətli ailə üzvlərinə baş çəkmək üçün səfərlər etməsi mümkün deyildir. Yalnız zəruri ailə səbəbinin olduğu haqda təsdiq təqdim olunarsa istisna mümkündür; aşağıdakı hallar səbəb hesab olunur:
- Doğum
- Toy mərasimi
- Ölüm/dəfn mərasimi
- Zəruri ailə səbəbinin olduğu xüsusi istisna halları (məs.: 1-ci və 2-ci dərəcəli qohumun ağır xəstəliyi və onun xəstəliklə bağlı mütləq yardıma ehtiyacı olduğu hal)
1-ci və 2-ci dərəcəli qohumluğu olmayan Üçüncü ölkə vətəndaşı olan uzaq qohumların bir qayda olaraq sadəcə ailə üzvlərinə baş çəkmək məqsədilə səfər etməsi mümkün deyildir.
Rəsmi nikahda olmayan həyat yoldaşlarının qonaq səfərləri:
Çox az sayda evli olmayan həyat yoldaşlarının da qonaq kimi səfər etdiklərində onların aşağıdakı hallarda ölkəyə girişi mümkündür:
1. Təcili şəxsi səbəblərdən birlikdə xarici ölkədən Almaniyaya səfər edən cütlüklər səfər etmək istədiklərində (məs.: Almaniya ilə əlaqəli olan həyat yoldaşın yaxın ailə üzvünün toy mərasimi, ağır xəstəlik və ya dəfn mərasimi). Həyat yoldaşlarından biri Almaniya və ya Aİ-dövlətinin vətəndaşı olmalıdır.
2. Ayrı-ayrı yerlərdə yaşayan cütlüklərdən biri, Üçüncü ölkə vətəndaşı olan həyat yoldaşı öz yoldaşına Almaniyada baş çəkmək və onu görmək istədiyi təqdirdə. Dəvət edən həyat yoldaşı Almaniya yaxud Aİ-dövlətinin vətəndaşı və ya Almaniyada yaşamaq icazəsi olan Üçüncü ölkə vətəndaşı olmalıdır.
Hər iki halda uzun müddət mövcud olan və davam etdirələcək münasibətlərdən söhbət gedir. Cütlük bu münasibətlər dövründə ən az bir dəfə şəxsən Almaniyada görüşmüş və ya xarici ölkədə birgə yaşayış yerinə malik olmuş olmalıdırlar və bunu sübut edə bilməlidirlər. Bundan başqa hər iki yoldaşın birgə münasibətləri barədə bəyanat, habelə əvvəllər baş tutumuş şəxsi görüşlərin təsdiqi (xüsusilə pasport möhürləri və ya səfər sənədləri/uçuş biletləri və ya xarici ölkədə son vaxtlaradək birgə yaşayış yeri barədə təsdiq sənədi; əlavə sənədlər kimi foto şəkillər, sosial media, məktublar emaillər vasitəsilə yazışmalar mümkündür ) təqdim olunmalıdır.
Təxirəsalınmaz tibbi müalicələr:
Tibbi müalicə məqsədilə səfərlər mümkündür. Təxirə salınmaz tibbi müalicə səbəbləri aşağıdakılardır:
1. bu müalicənin öz ölkəsində deyil yalnız Almaniyada aparılması mümkündür və ya müalicə artıq Almaniyada başlanmışdır və burada davam etdirilməlidir; və
2. tibbi müalicənin təxirə salınması həyati təhlükə yarada bilər və ya müalicə etməmə sağlamlıq üçün qalıcı, aradan qaldırıla bilinməyən fəsadlar törədə bilər.
Hər iki hal Almaniyada xəstəni qəbul edən tibbi qurumun müvafiq yazılı inandırıcı təsdiqi ilə sübut olunmalıdır.
İşgüzar səfərlər:
Təxirəsalınmaz işgüzar səfər etmək o şərtlə mümkündür ki, bu səfərin hazırkı pandemiya vəziyyətinə rəğmən zəruri şəkildə baş tutmalı olduğu təsdiq edilsin.