Willkommen auf den Seiten des Auswärtigen Amts

1 avqustdan etibarən Almaniyaya giriş yalnız sağalan, peyvənd olunmuş və ya testdən keçən şəxslər üçündür 

Məqalə

Federal Hökumət  bazar günü, 1 avqust 2021-ci il tarixidən etibarən Almaniyaya girişin tam vaksinasiya və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin və ya PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim edildiyi təqdirdə mümkün olmasına qərar verib. Bununla 4 iyul 2021-ci il tarixindən etibarən Azərbaycanda yaşayan şəxslər üçün Almaniyaya bütün giriş məhdudiyyətlərini ləğv edilir. Azərbaycanda yaşayan şəxslərə bütün səyahət məqsədləri üzrə Almaniyaya səfər etməyə icazə verilir. 

Federal Səhiyyə Nazirliyinin federal əraziyə giriş ilə bağlı məlumatlarına diqqət yetirməyinizi xahiş edirik: https://www.bundesgesundheitsministerium.de/coronavirus-infos-reisende/merkblatt-dea.html 


VisaMetric servis şirkəti müvəqqəti olaraq Şengen vizası üçün ərizələri yalnız əvvəlcədən təyin edilmiş vaxtda qəbul edir.

Şengen vizalarının yenilənməsi

Almaniyanın Bakıdakı Səfirliyi tərəfindən Şengen vizasını əldə edən və giriş məhdudiyətlərinə görə səyahət edə bilməyən şəxslər üçün sadələşdirilmiş qaydada rüsumsuz yeni vizanın verilməsi (vizanın yenilənməsi) nəzərdən keçirilə bilər. Bu qayda giriş məhdudiyyətlərinə görə  viza ərizələrini geri götürən və ödənilmiş viza rüsumlarını qeri almayan şəxlərə də tətbiq olunur. Lakin yeni qayda yalnız maksimum 90 gün davam edən vizalara aiddir. Xüsusilə çoxillik vizaların sadələşdirilmiş prosedur çərçivəsində yenidən verilməsi mümkün deyildir. Digər şərt ondan ibarətdir ki, nəzərdə tutulan səfərin məqsədi və qalma yeri dəyişməməlidir.

Əgər sadələşdirilmiş qaydada vizanızın yenidən rəsmiləşdirilməsi mümkündürsə, o zaman Viza şöbəsinə elektron poçt vasitəsilə müraciət edin: visa@baku.diplo.de. Müraciətinizdə  adınız, doğum tarixiniz və vizanın nömrəsini və ya viza ərizəsinin nömrəsini qeyd etməyinizi xahiş edirik.  Eyni zamanda yeni səyahətin tarixlərini və səfərin məqsədini təsdiq edən sənədləri (məsələn, işgüzar və ya fərdi səfər üçün dəvətnamə), maliyyələşdirməyə dair sənəd (məsələn, cari öhdəlik bəyannaməsi və ya bank hesabından çıxarışlar) və ehtiyac olduqda  Azərbaycanda iqtisadi və ailə bağlantıları təsdiq edən sənədləri elektron şəkildə əlavə etməyinizi xahiş edirik.

Səfirlik vizanın yenidən verilməsini mümkün olduğunu müəyyən etdikdən sonra pasportunuz və cari tibbi səyahət sığortanızı səfirliyə təqdim etməyinizi xahiş edəcəkdir. Əvvəlcədən Sizinlə fərdi görüşün keçirilməsi tələb olunarsa, Səfirlik bunun üçün vaxt təyin edəcəkdir.

Səhifənin əvvəlinə